Ekspert tənəzzülün qarşısını almağın yollarından danışdı | Banco.az

Ekspert tənəzzülün qarşısını almağın yollarından danışdı

Müəllif - Aida İsaq, Banco.az

"Mərkəzi Bankın siyasəti tələb çatışmazlığına səbəb ola bilər. Bu da istehsalın və iqtisadiyyatın daralmasına gətirib çıxaracaq".

Banco.az xəbər verir ki, bu barədə biznesmen Oleq Deripaska bildirib.

"Tələb olmasa, istehsal və iqtisadiyyat daralacaq. Onlarla birlikdə idxalı əvəz etmək və ya bərpa etmək imkanları da azalacaq" - deyə o qeyd edib. 

Sahibkarın fikrincə, Mərkəzi Bankın əməkdaşları artıq real problemlərin həlli istiqamətində müəyyən addımlar atmağa başlamalıdır. Xüsusilə yoxsulluğun azaldılması və iqtisadi artımın bərpasına diqqət ayrılmalıdır. Buna nail olunduğu təqdirdə, tənəzzülün qarşısını almaq da asanlaşacaq.

Qeyd edək ki, noyabrın 26-da Beynəlxalq Maliyyə İnstitutunun analitikləri 2023-cü ildə qlobal iqtisadi artımın 1,2%-ə qədər azalacağını proqnozlaşdırıblar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et