Ekspertdən vətəndaşlara xəbərdarlıq: “Bu mesajlara aldanmayın” | Banco.az

Ekspertdən vətəndaşlara xəbərdarlıq: “Bu mesajlara aldanmayın”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı fişinq kampaniyası həyata keçirilir.

Banco.az xəbər verir ki,  bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, kiberdələduzlar vətəndaşlara qazanc vədi altında mesajlar göndərərək saxta keçidlərə yönləndirirlər. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Vəziyyət barədə danışan texnobloger Fərid Pardaşünas bildirib ki, elan saytlarında satdıqları məhsul üçün zəng edən şəxslərə kart məlumatlarını beh üçün təqdim etməsinlər:

“Vətəndaşlardan  xahiş olunur ki, "YouTube kanllarına hücum", "saxta şans oyunlarında qazancla bağlı linklər", "gömrükdə ilişən malların bəyan edilməsi" ilə bağlı dələduzluq aktları, "həvəsləndirici investisiya yatırımları" ilə xüsusən Telegram üzərində qazanc, "elan saytları üzərindən beh tələbi" kimi təkliflərə inanmasınlar.

Ən sərfəli kredit üçün müraciət et

Gömrükdə olan məhsullarının statusu ilə bağlı yalnız müvafiq qurumun rəsmi tətbiqindən məlumat əldə etsinlər. Azərpoçt adından gələn saxta linklərə qətiyyən kart məlumatlarını əlavə etməsinlər. "YouTube"a bağlı email adreslərində 2 mərhələli təsdiqi altivləşdirməklə, FIDO açarlara üstünlük versinlər”.

Ekspert qeyd edib ki, kiçik məbləğlərdə real olaraq qazandıran investisiya əməliyyatlarında, onlara müraciət edən saxta brokerlərə vəsait göndərməsinlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et