Ekspertdən monopolistlərə sərt tənqid | Banco.az

Ekspertdən monopolistlərə sərt tənqid

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, monopoliya Azərbaycan iqtisadiyyatının ən ciddi problemidir və monopolistlər bazarda rəqabətin formalaşmasına imkan vermədiyi üçün qiymət artımları müşahidə edilir.

Dekabrın 13-də ANS-də yayımlanan “Günəbaxan” verlişinin qonağı olan Vüqar Bayramov bildirib ki, monoplistlər ərzaq məhsulların qiymətini bilərəkdən dəfələlər arıtırıb gəlir əld edirlər. Rəqabətə imkan verilmədiyi üçün qiymətlər aşağı düşmür. İqtisadçı alim deyib ki, əksər ərzaq məhsulların qiymətləri qonşu ölkələr ilə müqayisədə hətta 2 dəfəyə yaxın yüksəkdir. Bu isə birbaşa idxalda monopoliya ilə bağlıdır.

İqtisadçı alim deyib ki, idxal ilə yanaşı daxildə də monopoliya var və fermerlərin paytaxt bazarına daxil olmasına imkan vermirlər. Fermerlərdən kənd təsərrüfatı malları alınır və 2 dəfə artıq qiymətə satılır. Nəticədə bir qrup gəlir əldə edir.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bu ilin aprel ayında Gürcüstan daxil olmaqla digər MDB ölkələrində qiymətləri müqayisəsini apardıq. Azərbaycan bir sıra məhsulların o cümlədən ət məhsulların ən yüksək qiymətinə malikdir. Çünki monopoliya var. Monopoliya aradan qaldırılarsa qiymətlər kəskin aşağı düşə bilər: qiymətlət hətta ikinci devalvasiyadan əvvəlki səviyyədən də aşağı düşə bilər.

İqtisadçı deyib ki, bazar iqtisadiyyatında monopoliya olmur. Monopoliya varsa o zaman iqtisadi qanunla işləmir. Vüqar Bayramov eyni zamanda bildirib ki, biz qeyri-realistik deyil, müqayisəli üstünlüyə malik olan sektorları dəstəkləməliyik. Bizim aqrar ölkə olmağımız da qeyri-adi heç nə yoxdur. Çalışmalıyıq ki, qeyri-neft ixracatını atrıraq ki, ölkəyə daxil çox valyuta daxil olsun.

Müsahibə ilə tam aşağıdakı linkdə tanış ola bilərsiniz: