Ekspertdən əmanət yerləşdirmək istəyənlərə məsləhət | Banco.az

Ekspertdən əmanət yerləşdirmək istəyənlərə məsləhət

İqtisadçı alim, Vüqar Bayramov, son günlərdə bank sektorunda aktual olan məsələlər bağlı "Banco.az"ın suallarını cavablandıraraq, bəzi məqamlara aydınlıq gətirdi.

Bugün bank sektorunda ən çox müzakirə olunan məsələrdən biri lisenziyası əlindən alınmış banklardır. Mərkəzi Bank bir neçə ay öncə açıqlama vermişdi ki, il ərzində 5 bankın lisenziyadan məhrum olunması gözlənilir. Bəs sizin fikrinizcə bu fikir özünü doğruldacaqmı? Yəni ilin sonuna qədər daha bir neçə bankın bağlanması ehtimalı varmı? Sizcə hansı bankları bu təhlükə gözləyir?

Mərkəzi Bankın ötən ilin sonu verdiyi açıqlamaya uyğun olaraq, artıq 2 bankın lisenziyası geri alınıb. Nəzərə alsaq ki, bankların maliyyə durumu yaxşı deyil, ilin sonuna kimi 3 bankın da lisenziyasının əlindən alınması istisna edilmir. Həll yolu kimi, Mərkəzi Bank çalışacaq ki, həmin bankları birləşdirsin. Hal-hazırda bankların konsolidasiyası ilə bağlı danışıqlar da gedir. Təbii ki, bankların birləşdirilməsi özü də çox çətin prosesdir. Əgər  banklar arasında razılıq əldə olunmasa, onda yekun qərar kimi, lisenziyaları geri götürüləcək. Lakin, bu prosesin tezliklə baş verəcəyi gözlənilmir, çünki artıq 2 bankın fəaliyyətinə son qoyulub. Ard-arda bankların bağlanması, sektora böyük zərər verə bilər və müştəri inamını sındıra bilər.

Bunlara baxmayaraq, təhlükə qaçılmazdır. Əəgər banklar ilin sonuna kimi öz məcmu kapitallarına yenidən baxmasa və digər öhdəlik və funksiyalarını lazımınca yerinə yetirə bilməsələr, yaxın müddətdə lisenziyalarından məhrum olacaqlar.

Həmçinin digər bir çıxış yolu da mövcuddur. Banklar öz fəaliyyətlərini maliyyə qurumu kimi davam etdirə bilərlər. Yəni yeganə dəyişiklik bankların statusunun dəyişdirilməsi ilə bağlı olacaq.

Hansı bankların bağlanacağı ilə bağlı fikir söyləmək bir qədər çətindir. Bankların adının çəkilməsi arzuolunmazdır və təbii ki, dəqiq bir söz söyləmək də mümkün deyil.  Çünki, bu proqnoz bankların imicinə zərər vura bilər. Bununla yanaşı müştərilərin banklardan üz döndərməsinə, əmanətlərini geri götürməsinə səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Vətəndaşlara nə məsləhət görərdiniz? Xüsusilə əmanət yerləşdirmək istəyən şəxslərə? Onlar bank seçərkən nəyə diqqət etsinlər ki, sonradan problemlə rastlaşmasınlar.  Sizin fikrinizcə belə kritik periodda uzunmüddətli əmanət növünü seçmələri  bir qədər riskli deyilmi?

Vətəndaşlara ən yaxşı məsləhət onların bankların internet səhifələrini daimi izləməsi olardı. Çünki, belə halda onlar bankların maliyyə nəticələri və digər vacib məqamlarla yaxından tanış ola bilərlər. Həmçinin maliyyə nəticələrini gizlədən banklar da bir o qədər etibarlı sayılmır.

O cümlədən, diqqət yetirməlidirlər ki, həmin bank Əmanətlərin Sğortalanması Fondunun üzvüdür ya deyil.  Bununla yanaşı qoyduğunuz əmanətin miqdarı bir bankda 30 min avro və dollardan, faiz dərəcəsi isə 12-dən çox olmamalıdır.

Əgər vətəndaşlar daha rahat olmaq istəyirlərsə, əmanətlərini bir deyil bir neçə bankda saxlaya bilərlər.

Insanlar, nəzərdə tutduqları bankın yalnız maliyyə göstəriciləri ilə tanış olduqdan sonra əmanət yerləşdirməyə qərar verməlidirlər. Əgər bankın maliyyə göstəriciləri yaxşı deyilsə və tendensiya müsbət deyilsə, onda digər banka üz tuta bilərlər.

Həmçinin əmanətlərini banka yerləşdirdikdən sonra belə, bankın internet səhifəsini və maliyyə nəticələrini mütəmadi olaraq izləməyə davam etsinlər.

 

Ən sərfəli krediti almaq üçün müraciət et