Müəllif - Aida İsaq, Banco.az
İsti və quraq keçən yay həmçinin alternativ enerji mənbələrində yaranacaq problemlər Avropada qazın qiymətini kəskin bahalaşdıra bilər.
Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov məlumat verib. Onun sözlərinə görə, şirkətlər qazın daha da ucuzlaşacağını gözləyir. Anbarların tam təmin olunmaması fonunda qəfildən alışların yüksəlməsi qiymətlərin kəskin sıçrayışına səbəb ola bilər. Bu, isə gözlənilən ən mənfi ssenarilərədn biridir.
Onun sözlərinə görə, əvvəlki iki ildə kifayət qədər quraq keçən yay su elektrik enerjisində problemlər yaradıb. Mülayim keçən qış cari ildə bu vəziyyətin təkrarlana biləcəyi ehtimalını yüksəldir. Bu, öz növbəsində, su anbarlarının doldurulmasında həmçinin aşağı hidroenergetika istehsalında çətinliklərə səbəb ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!