Ekspert yaxın 10 ildə ölkələrin dollardan imtina edəcəyini proqnozlaşdırıb | Banco.az

Ekspert yaxın 10 ildə ölkələrin dollardan imtina edəcəyini proqnozlaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

Ölkələrin xarici hesablaşmalarda ABŞ dollarından kütləvi imtinası yaxın on il ərzində baş verəcək. 

Banco.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Yekaterina Fedyukoviç bildirib. Onun sözlərinə görə, son zamanlar ABŞ-da müşahidə olunan tənəzzül və Amerikanın maliyyə bazarındakı qeyri-sabit iqtisadi vəziyyət də daxil olmaqla, bir sıra amillərə görə müvafiq valyuta ilə əməliyyatların aparılması rentabelsiz olub. Ekspert ölkələrin xarici hesablaşmalarda dollardan kütləvi şəkildə imtinanın dərhal baş verməyəcəyini qeyd edib. Mütəxəssis dollardan imtina tendensiyasının 2022-ci ildə və 2023-cü ilin əvvəlində daha aktiv şəkildə özünü göstərməyə başladığını vurğulayıb. 

Qeyd edək ki, daha öncə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva hazırda qlobal səviyyədə xarici hesablaşmalarda ABŞ dollarından istifadədən tədricən imtina edildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram