Müəllif - Aida İsaq, Banco.az
Milli valyutanın kəskin devalvasiyası və valyuta böhranı inkişaf etməkdə olan ölkələrdə vəziyyəti durğunıaşdırır. Banco.az xəbər verir ki, bunu “Otkritie Investments”in aparıcı analitiklərindən biri olan Andrey Koçetkov bildirib.
Koçetkovun sözlərinə görə, valyuta böhranının daha çox Türkiyə, Şri-Lanka və Argentinada hiss olunacağı gözlənilir.Eyni zamanda oxşar risklərin daha üç ölkədən - Böyük Britaniya, Yaponiya və ABŞ-dan da yan keçməyəcəyini qeyd edib. Analitikin fikrincə, Britaniyada ölkə hökumətinin vergiləri azaltmaq və xərcləri artırmaq barədə düşünməsi fonunda funt sterlinqin məzənnəsi ciddi şəkildə ucuzlaşıb.
Ekspert həmçinin Yaponiyada yüksək dövlət borcunun ÜDM-ə nisbəti 230 faiz olmasının valyuta böhranı yaradacağını proqnozlaşdırıb. O, bu tendensiyanın milli valyutanın kəskin ucuzlaşmasına səbəb olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!