Ekspert sanksiyaların Rusiyaya faydasından danışıb | Banco.az

Ekspert sanksiyaların Rusiyaya faydasından danışıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya Qərb ölkələrinin ona qarşı tətbiq etdiyi sanksiyalara uğurla tab gətirə bilib.

Banco.az xəbər verir ki, bunu Niiqata Menecment Universitetinin İqtisadiyyat fakültəsinin professoru İvan Tselişev bildirib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi Qərbdə və inkişaf etməkdə olan ölkələr arasında parçalanmaya səbəb olub. Xüsusilə, bəzi dövlətlərin Moskvaya qarşı sərt mövqeyi fonunda digərləri Rusiya ilə iqtisadi əlaqələri genişləndirməyə çalışıb.

Ekspert Qərbin sanksiyalarının Rusiya üçün faydalarını açıqlayıb. Onun məlumatına görə, məhdudiyyətlər Moskvanı Çin, Hindistan və Türkiyə ilə iqtisadi blok yaratmağa vadar edib. Beləliklə, sözügedən dövlətlərlə ticarətin həcmi dəyişərək, Çin üçün müvafiq göstərici 2022-ci illə müqayisədə 1,3 dəfə, Türkiyə üçün iki dəfə, Hindistan üçün isə 3,2 dəfə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et