Ekspert: "Azərbaycanda maliyyə savadlılığı ümumdünya orta səviyyəsindən aşağıdır" | Banco.az

Ekspert: "Azərbaycanda maliyyə savadlılığı ümumdünya orta səviyyəsindən aşağıdır"

Azərbaycan və Polşanın təmsil olunduğu regionda maliyyə savadlılığı ümumdünya orta səviyyəsindən aşağıdır. Bu barədə Polşa Mikromaliyyə Mərkəzinin direktor müavini Katarzina Pavlak bu gün Bakıda keçirilən Azərbaycanda maliyyə savadlılığı üzrə təlimçilərin I illik yığıncağında bildirib.

"Bu da işimizə olan tələbatın göstəricisidir. İşimizin miqyasını artırmalıyıq, maliyyə təlimçilərinin sayını artırmalıyıq", - deyə o, əlavə edib.

K.Pavlak həmçinin qeyd edib ki, qadınlar maliyyə savadlılığı baxımından kişilərdən geridə qalırlar: "Qadınların ailə büdcəsini idarə etdiyi şəraitdə onların savadlanması daha da önə keçir və proqramın qadınlar üzrə cəmləşməsini tələb edir". 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gün Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı Layihəsi" çərçivəsində Azərbaycanda maliyyə savadlılığı üzrə təlimçilərin I illik yığıncağı keçirilir. 

Tədbirdə çıxış edən Azərbaycan Mikromaliyyə Assosasiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, 2014-cü ildə başlayan layihə bu il yekunlaşır. Layihə 8 regionda 2 min insanı əhatə edib.

Layihə çərçivəsində maliyyə savadlılığı üzrə 22 təlimçi yetişdirilib. Bu şəxslər həm də Polşa Mikromaliyyə Mərkəzində akreditasiyadan keçiblər.

Mənbə: Report.az