Ekspert Avropanın gələn il üçün qaz mənbələrini açıqladı | Banco.az

Ekspert Avropanın gələn il üçün qaz mənbələrini açıqladı

Müəllif - Aida İsaq, Banco.az

"Aİ 2023-cü ildə Rusiya qazını yalnız LNG (mayeləşdirilmiş qaz) ilə kompensasiya edə biləcək". 

Banco.az xəbər verir ki, bunu Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktorunun müavini Aleksey Qrivaç bildirib.

Analitik gələn il üçün Avropanın əsas qaz mənbələrini açıqlayıb.

Amsterdamın şimalında yerləşən Avropanın ən böyük qaz anbarlarından biri olan "Bergermeyr"in 100 faiz dolu olduğu qeyd olunur.

“Rusiya qazının tədarükü ilə bağlı vəziyyətə aydınlıq gətirilməsi vacibdir. Əks halda mənbələr indiki formada qalmağa davam edəcək. Söhbət Norveçdən gələn boru kəməri qazından və LNG-dən gedir ki, onu Avropa bazarına cəlb etmək üçün əlavə ödəniş etmək lazım olacaq”.

Oktyabrın sonunda Avropanın enerji məsələləri üzrə nümayəndəsi Kadri Simsonun sözlərinə görə, son aylarda blok ölkələri yanacağa xeyli vəsait xərcləyib. Bununla belə cari ildə Rusiya qazını tam formada əvəz etmək mümkün olub. O, Aİ-nin bu ilin qış mövsümü üçün Rusiya qazı olmadan vəziyyəti idarə edə biləcəyindən əmindir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram