Ekspert Avropada qazın kəskin bahalaşmasının səbəblərini izah edib | Banco.az

Ekspert Avropada qazın kəskin bahalaşmasının səbəblərini izah edib

Müəllif - Aida İsaq, Banco.az

Avropada yanacağın kəskin bahalaşmasının səbəbləri məlum olub.

Banco.az xəbər verir ki, maliyyə analitiki Dmitri Skryabin bu barədə fikirlərini bölüşüb.

Skryabin qeyd edib ki, artıq soyuq havaların başlaması Avropada qazın bahalaşmasına təsir edən amillərdəndir. Eyni zamanda ekspert mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün kəskin azalmasına da diqqət çəkib.

"Oktyabrın sonunda İspaniya sahillərində onlarla tankerin boşaldılmaq üçün gözlədiyi məlum olub. Bu da qısamüddətli qaz tədarükü təhlükəsi yaratdı və qiymətlərə təzyiq göstərdi".

Bununla belə, bir sıra tədarükçülər yanacağı ucuz qiymətə satmamaq qərarına gəliblər. Skryabin həmçinin, boşaldılmış tankerlərin dayanmasının yeni tədarüklər üçün risklər yaratdığını və yükdaşıma sürətinin artmasına təkan verdiyini bildirb.

Ən sərfəli kredit üçün müraciət et

"Bu, qazın qiymətinin kəskin şəkildə dəyişməsinə səbəb oldu - iki həftə ərzində demək olar ki, 50 faiz".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et