Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Bu qış Avropa insanı soyuqdan donmayacaq, lakin…
Qışın gəlişi ilə qazın qiymətində kəskin artımlar başlayıb. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhülkısizliyinə ciddi zərbə vurdu.
Mövzu ilə bağlı Banco.az-a danışan itisadçı Xalid Kərimli bildirib ki, ilin əvvəlində Avropada qazın qiymətində daha kəskin artımlar qeydə alınıb:
“Sonradan qiymətlər bir qədər ucuzlaşdı. Bu bahalaşmanın əsas səbəbi isə Rusiya-Ukrayna müharibəsi idi. Avropanın qaz təminatın 40 faizdən çoxunu Rusiya təmin edir. Bəzi ekspertlərin fikrinə görə Rusiyaya tətbiq olunan sanksiyalara cavab olaraq Rusiya Avropaya qaz satmaqdan tamamilə imtina edəcək. Lakin Rusiya qaz təchizatını davam etdirdi. Bununla yanaşı Avropa problemdən çıxış yolu kimi bəzi addımlar atdı. Hazırda Avropa ABŞ, Norveç, Əlcəzair, Azərbaycan və fdigər ölkələrdən qaz almağa çalışır. Lakin bu Rusiya qazını tam əvəz etmir”.
Ekspertin fikrincə, qarşıdakı soyuq ayları yola vermək mümkün olsa belə, növbəti illərdə enerji təmintı ilə bağlı daha ciddi poblelər ortaya çıxa bilər:
“Bu özünü qiymətlərin dəyişməsində də göstərir. Bəzi Avropa ölkələrində hökumət dəyişib. Hazırda bu məsələ “Köhnə qitə”də hər kəsi narahat edir. Yəqin ki, növbəti il belə davam edərsə enerji təminatı ilə bağlı daha ciddi problemlər yaranacaq. Bu hətta Avropa iqtisadiyyatının resessiyasına da gətirib çıxara bilər. Bu qış Avropa insanı soyuqdan donmayacaq, lakin gələn il Rusiya qaz tədarükünü bərpa etməzsə Avropa Rusiya qazına alternativ tapa bilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!