Ekspert ABŞ və Avropada bank böhranının səbəblərindən danışıb | Banco.az

Ekspert ABŞ və Avropada bank böhranının səbəblərindən danışıb

Müəllif - Aida İsaq, Banco.az 

“Qazprombank”ın rəhbəri Yeqor Susin Avropa və ABŞ-ın bank sektorundakı cari vəziyyəti şərh edib. 

Banco.az xəbər verir ki, ekspert müvafiq regionlarda müşahidə olunan böhran vəziyyətini aparıcı maliyyə tənzimləyici qurumları tərəfindən əsas uçot dərəcələrinin artırılmasına əsaslanan faiz dərəcələri ilə əlaqələndirib. Onun sözlərinə görə, bəzi tərəflər bu kimi alətlərlə prespektivli addımlar atmaqda çətinlik çəkir. Bu səbəbdən bank nümayəndəsi Qərb iqtisadiyyatlarında tənəzzül ehtimalının yüksək olduğunu həmçinin böhran olmadan inflyasiyanın səngiməyəcəyini bildirib. Y.Susinin sözlərinə görə, böhranın aradan qaldırılma müddəti baza dərəcələrinin nə qədər yüksək qalacağından asılıdır. O, hazırda mövcud problemlərin öz həllini tapmaması fonunda maliyyə sabitliyi risklərinin yarandığını həmçinin inflyasiyanın hələ də yüksək olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram