Müəllif - Aida İsaq, Banco.az
ABŞ-ın strateji neft ehtiyatları neft emalı zavodlarını 20 günə doldurmağa kifayət edir.
Banco.az xəbər verir ki, bunu Rusiyanın strateji araşdırmalar mərkəzinin yanacaq-energetika kompleksinin iqtisadiyyat şöbəsinin müdir müavini Sergey Kolobanov bildirib. ABŞ Energetika Nazirliyi ölkənin strateji neft ehtiyatının dekabrın son həftəsində 2,7 milyon barel azalaraq 372,4 milyon barrelə düşməsi ilə bağlı məlumat yayıb. Ehtiyatların 2021-ci ilin sentyabrından azalmağa doğru getdiyi qeyd olunur.
S.Kolobanovun sözlərinə görə, ABŞ-da strateji ehtiyatların hazırkı səviyyəsi neft hasilatının tamamilə dayandırılacağı təqdirdə belə 20 gündən çox neft emalının təmin olunmasını özündə ehtiva edir.
Bizi sosial şəbəkələrdən izləyin!!