Ekspert: 1 dollar 90 qəpiyə bərabər olacaq | Banco.az

Ekspert: 1 dollar 90 qəpiyə bərabər olacaq

Dollar/manat məzənnəsi ilə maraqlı iddia ortaya atılıb.

Banco.az portalı Oxu.az saytına istinadən xəbər verir ki, iqtisadi mövzular üzrə jurnalist Vasif Cəfərovun şəxsi qənaətinə görə, Mərkəzi Bank 1 dollar = 90 qəpik hədəfinə yuxarıdan aşağıya doğru yaxınlaşmaq qərarı verib.

“Gözlənilirdi ki, Mərkəzi Bank Dollar/Manat məzənnəsini 0,7844-dən 0,90-na çatdırmaq istəyir. Bu məqsədlə hər gün orta hesabla Manatı 0,0003 ucuzlaşdırırdı. Mərkəzi Bank gördü ki, 0,0003 ucuzlaşma elə bir ajiotaj yaradıb ki, hamı manatın daim ucuzlaşacağını düşünür. Ona görə də əhali böyük tələskənliklə dollar almağa başladı. Bu vəziyyət Mərkəzi Bankın valyuta ehtiyatlarını sürətlə əridirdi. Belə olduqda Mərkəzi Bank 0,90 məzənnəsinə aşağıdan yox, yuxarıdan yaxınlaşmaq qərarı verdi. İndi Dollar 1,05 manatdır. Bir neçə gün ərzində dollar 1,04 manata, daha bir neçə gündən və ya həftədən sonra 1,03-ə və s. davamlı düşəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dəfə manatın ucuzlaşmasından yox, dolların ucuzlaşmasından danışılacaq. Əgər bu 0,0003 kimi davamlı dəyişsə artıq heç kimi və ya böyük əksəriyyət dollar almayacaq. Dollara sahib olanlar isə gözləyəcək. Ən azından dollarlaşmadakı kəskin artım dayanacaq. Beləliklə, manatın möhkəmlənməsi müşahidə ediləcək və Mərkəzi Bank dolları qorumaq üçün manat satıb dollar alacaq ki, bu da onun ehtiyatlarını artıracaq. 

Nəhayət , yenə də dollar manat məzənnəsi 0,9, bir avro isə 1-1,05 manat olacaq, amma bu, əvvəl deyildiyi kimi manatın ucuzlaşması hesabına deyil, bahalaşması hesabına baş verəcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et