Azərbaycanda fəaliyyət göstərən əksər sığorta şirkətlərinin aktivləri onların balans kapitalının hesabına formalaşıb. Başqa sözlə, sığortaçıların aktivlərində öhdəliklərin payı elə də çox deyil.
Belə ki, bu il yanvarın 1-nə olan vəziyyət görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla maliyyə hesabatı vermiş 20 sığorta şirkətindən 4-nün aktivlərində balans kapitalının payı 80%-dən yüksəkdir. Yəni, həmin şirkətlərin öhdəliklərinin aktivlərindəki payı heç 20%-ə də çatmır. Bunlar "Bakı Sığorta", "Rəvan Sığorta", "Amrah Sığorta" və "Xalq Sığorta" ASC-lərdir.
Qalan 16 sığorta şirkətindən 1-də balans kapitalının aktivlərə nisbəti 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 5 şirkətdə 50-60% arasında, 2 şirkətdə 40-50% arasında, 2 şirkətdə 30-40% arasında, 2 şirkətdə 20-30% arasında, 1 şirkətdə isə 10-20% arasındadır.
Hesabat tarixinə, sığorta sektoru üzrə orta nisbət isə 39,8% - 60,2% olub.
| № | Sığorta şirkətinin adı | Şirkətin aktivlərində | |
| Balans kapitalının payı | Öhdəliklərin payı | ||
| 1 | Bakı Sığorta | 87,9% | 12,1% | 
| 2 | Rəvan Sığorta | 83,9% | 16,1% | 
| 3 | Amrah Sığorta | 83,6% | 16,4% | 
| 4 | Xalq Sığorta | 82,2% | 17,8% | 
| 5 | İpək Yolu Sığorta | 74,3% | 25,7% | 
| 6 | AXA Mbask | 63,8% | 36,2% | 
| 7 | Günay Sığorta | 61,8% | 38,2% | 
| 8 | Azərbaycan Sənaye Sığorta | 61,5% | 38,5% | 
| 9 | Azsığorta | 56,6% | 43,4% | 
| 10 | Meqa Sığorta | 56,1% | 43,9% | 
| 11 | Azərsığorta | 55,5% | 44,5% | 
| 12 | A-Qrup Sığorta | 55,1% | 44,9% | 
| 13 | Qala Həyat Sığorta | 54,9% | 45,1% | 
| 14 | PAŞA Sığorta | 42,9% | 57,1% | 
| 15 | Qala Sığorta | 41,2% | 58,8% | 
| 16 | Atasığorta | 32,0% | 68,0% | 
| 17 | Standard Insurance | 30,3% | 69,7% | 
| 18 | Atəşgah Sığorta | 28,4% | 71,6% | 
| 19 | Atəşgah Həyat Sığorta | 21,1% | 78,9% | 
| 20 | PAŞA Həyat Sığorta | 17,8% | 82,2% | 
| 21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb | 
| 
 | Orta hesabla | 39,8% | 60,2% | 
Renkinq.az

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    