Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 79,54 dollardan 79,34 dollara endirib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.
Məlumata görə, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 83,51 dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 74,43 dollar, 2024-cü ildə isə 78,51 dollar səviyyəsində olacağını proqnoz edir.
Bizi sosial şəbəkələrdən izləyin!!