EIA: "Neftin qiyməti azalacaq" | Banco.az

EIA: "Neftin qiyməti azalacaq"

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 83,99 dollardan 82,40 dollara endirib. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Məlumata görə, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 82,57 dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 77,63 dollar, 2024-cü ildə isə 78,07 dollar səviyyəsində olacağını proqnoz edir.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti ötən il 100,94 dollar, WTI markalı neftin qiyməti isə 94,91 dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et