EIA: "Neftin qiyməti artacaq" | Banco.az

EIA: "Neftin qiyməti artacaq"

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ Energetika Nazirliyi bu il üçün "Brent" markalı neftin bir barelinin qiyməti ilə bağlı proqnozunu 79,34 dollardan 82,62 dollara yüksəldib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir.

Məlumata görə, gələn il "Brent" markalı neftin bir barelinin qiymətinin 86,48 dollar olacaq. Eyni zamanda, agentlik WTI markalı neftin bir barelinin qiymətinin bu il 74,25 dollar, 2024-cü ildə isə 78,78 dollar səviyyəsində olacağını proqnoz edir.

Qeyd edilib ki, iyun ayından bəri davam edən qiymət artımı Səudiyyə Ərəbistanının neft hasilatını əlavə könüllü olaraq azaldılması və artan qlobal tələb ilə bağlıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram