EİA Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib | Banco.az

EİA Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib.

Bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook - October 2020” hesabatına istinadən xəbər verilir.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel təşkil edəcək. Bu, bu ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə 30 min barel və ya 4,3% azdır.

2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 100 min barel və ya 13% azalıb. 2019-cu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə də bu rəqəm 100 min barel azdır.

EIA-ın yenilənmiş proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı dəyişməz qalacaq və  700 min barel təşkil edəcək. Bu, ötən ilin axırıncı rübün göstəricilərindən 60 min barel və ya 7,9% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram