Ehtiyatların artması nefti sürətlə ucuzlaşdırıb | Banco.az

Ehtiyatların artması nefti sürətlə ucuzlaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın neft ehtiyatlarının artması ABŞ xam neftinin qiymətini aşağı salıb.

Banco.az xəbər verir ki, ehtiyatların artması və iqtisadi inkişafın ləngiməsi ilə tələbin azalacağına dair investorlarda narahatlıqların yaranması fonunda neft qiymətləri ucuzlaşıb.

ABŞ xam neftinin bir barelinin qiyməti 1,24 faiz azalmaqla 84,26 dollara düşüb.

Brent markalı neft isə 1,44%-lik dəyər itkisi ilə 92,17 dollara qədər ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram