Hər bir bank çalışır ki, dövriyyədə istifadə etdiyi vəsaiti daha çox olsun, lakin buna baxmayaraq, riskləri nəzərə alaraq, öz kapitalının bir qismini ehtiyat kimi ayırmalıdır.
Ehtiyatlar nədir və bank hansı məqsədlərlə ehtiyat yaradır?
Xüsusi ehtiyatlar (bundan sonra - ehtiyatlar) - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir.
Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.
Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlərin gecikmə günləri üzrə riski artdıqca, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Qeyd olunan ehtiyat faizlər üzrə ehtiyat məbləğləri üzrə hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.
Banco.az olaraq 2016-cı ilin 3-cü rübü üçün maliyyə göstəricilərini açıqlayan bankların mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlarını müəyyən etdik və onları həcminə görə sıraladıq:
İlk üçlükdə "AccessBank", "Bank of Baku" və "Unibank" yer alıb.
Bank |
Xüsusi ehtiyatlar (AZN) |
AccessBank |
98 853 970 |
Bank of Baku |
82 376 000 |
Unibank |
74 272 967 |
Paşa Bank |
46 672 000 |
Xalq Bank |
44 386 980 |
Kapital Bank |
42 375 440 |
Nikoil Bank |
31 358 000 |
Dəmirbank |
27 405 350 |
AGBank |
22 512 173 |
Rabitəbank |
21 602 000 |
AFB Bank |
20 227 000 |
Expressbank |
14 248 000 |
Bank BTB |
13 069 300 |
Bank Respublika |
13 047 950 |
Muğanbank |
12 762 680 |
VTB Bank (Azərbaycan) |
10 886 523 |
Azər Türk Bank |
8 438 405 |
Amrahbank |
8 349 857 |
Bank Silk Way |
7 794 485 |
NBCBank |
5 992 000 |
Turanbank |
1 013 000 |
ASB Bank |
178 680 |
Bank Avrasiya |
173 700 |
Ziraat Bank Azerbaycan |
-159 630 |
AtaBank |
-1 173 200 |
Caspian Development Bank |
-4 631 350 |