Ehtiyatlar artsa da, neft bahalaşır | Banco.az

Ehtiyatlar artsa da, neft bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ehtiyatların artmasına baxmayaraq stabilliyini saxlayır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ABŞ xam neft ehtiyatlarının artmasına baxmayaraq ötən 7 ilin maksimumuna yaxın səviyyələrdə stabilliyini saxlayır. 

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) ötən 4 seans ərzində ümumilikdə 6%-dən çox bahalaşmaqla hazırda bir bareli 78.85 dollara icra edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında çərşənbə axşamı 1,6% dəyər qazanaraq bir bareli 82.51 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et