Əhalinin yenidən izafi borclanmasına yol verilməməlidir | Banco.az

Əhalinin yenidən izafi borclanmasına yol verilməməlidir

"İstehlak kreditləşməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi təlimat var".

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev xidməti müqavilə ilə işləyən şəxslərə kredit verilməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, banklar həmin təlimatın tələblərinə birmənalı şəkildə əməl etməlidir: “Bu, müştərilərin gəlirlərinin xərclərinə nisbətini əks etdirən göstərici əsasında tənzimlənir. Əsas məsələ əhalinin yenidən izafi borclanmasına yol verməməkdir. Vətəndaşların yalnız öz borclarına xidmət edəcək səviyyədə borclanmasına imkan verilməlidir. Yoxsa, 2015-ci ildəki problemlər yenidən yaşana bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Z.Nuriyev həmçinin deyib ki, Azərbaycanda kreditləşmə zəif olsa da, kredit siyasətinin liberallaşdırılmasından söhbət gedə bilməz.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et