Əhalinin nağd dollar alışı azalıb | Banco.az

Əhalinin nağd dollar alışı azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 83,010 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.

Məlumata görə, ardıcıl yeddinci aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. Sentyabr ayında banklar tərəfindən əhaliyə 237,262 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 154,253 mln. dollar alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Avqust ayı ilə müqayisədə xalis nağd dollar satışında 4,6 dəfə azalma qeydə alınıb. Belə ki, bu müddətdə nağd dollar alışı 2%, satışı isə 2,3 dəfə azalıb. 

Report.az