Azərbaycanda əhalinin kreditlər üzrə faiz xərcləri ötən il artıb. 2016-cı ildə əhalinin gəlirlərinin 2,9%-i və ya 1 316,5 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunub. Bu da öz növbəsində 2015-ci illə müqayisədə 8,86% və ya 107,2 mln. manat artım deməkdir.
Belə ki, 2015-ci ildə əhalinin gəlirlərinin 2,9%-i və ya 1 209,3 mln. manatı kreditlər üzrə faiz ödənişlərinə sərf olunub.
©Report