Əhalinin içki və tütünə çəkdiyi xərc 1,4 milyard manatı ötüb | Banco.az

Əhalinin içki və tütünə çəkdiyi xərc 1,4 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-iyun aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 427,3 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1,3% çoxdur. 

Əlavə edək ki, 2026-cı ilin ilk 6 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,4%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram