Əhalinin ərzaq məhsulları xərcləri fevralda 9 aylıq minimuma enib | Banco.az

Əhalinin ərzaq məhsulları xərcləri fevralda 9 aylıq minimuma enib

Bu ilin fevral ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 1,653 mlrd. manat xərclənib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,9% artsa da, yanvar ayı ilə müqayisədə 7,2% azalıb. Sözügedən göstərici may ayından (1,647 mlrd. manat) bəri ən aşağı səviyyəyə enib.

Qeyd edək ki, yanvar-fevral aylarında ərzaq məhsullarına 3,434 mlrd. manat xərclənib ki, bu da illik müqayisədə 2,9% çoxdur. Sözügedən məhsullar pərakəndə ticarət şəbəkəsi dövriyyəsinin 49,4%-ini təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et