Əhalinin dollar əmanətləri kəskin azaldı | Banco.az

Əhalinin dollar əmanətləri kəskin azaldı

May ayında banklarda əhalinin əmanətləri 92,1 milyon manat azalıb. Azalma xarici valyutadakı əmanətlərin azalması ilə bağlıdır.

2019-cu ilin aprel ayının sonunda əhalinin əmanətləri 8 milyard 715 milyon manat ikən, mayın sonunda 8 milyard 622.9 milyon manata düşüb.

2019 Tarix        Dəyər

01/06/2019      8622.9
01/05/2019      8715.0
01/04/2019      8339.1
01/03/2019      8214.0
01/02/2019      8075.9
01/01/2019      8375.4
01/12/2018      8073.5

Ən sərfəli kredit üçün müraciət et

May ayında milli valyutadakı əmanətlər 51,5 milyon manat artaraq 3 milyard 672,5 milyon manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 143,5 milyon manat azalaraq 4 milyard 950,4 milyon manata düşüb.

Ən sərfəli krediti almaq üçün müraciət et