Əhalinin borc yükü niyə artır? - AÇIQLAMA | Banco.az

Əhalinin borc yükü niyə artır? - AÇIQLAMA

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin ilk yarımilində Azərbaycanda əhalinin orta borc yükündə artım müşahidə edilib. Bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir. Hesabatda qeyd edilib ki, orta borc yükü 2019-cu ilin sonunda 4520 manat, 2021-ci ilin sonunda 5452 manat ikən, 2022-ci ilin İyun ayının sonunda 5680 manata çatıb.

Bəs görəsən əhalinin borc yükü niyə artır? Burada söhbət hansı borcdan gedir?

Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, burada əhalinin kredit təşkilatlarına olan borc yükündən söhbət gedir:

“Əhalinin orta borc yükünün artması əvvəlki aylarda da qeydə alınıb. Bu onu göstərir ki, istehlak kreditlərinin verilməsinə daha çox meyl var. Lakin əhalinin borc yükünün artmasınn təhlükəli tendensiya olduğunu düşünmürəm.  Çünki problemli kreditlər sahəsində vəziyyət stabil xarakter daşıyır. Banklarda problemli kreditlər üzrə kritik artım hələlik müşhidə edilmir”.

Ekspertin ikrincə, əhalinin orta borc yükünün artmasının əsas səbəbi istehlak kreditlərinin həcminin artmasıdır:

“Hesab edirəm ki, bu məsələ ciddi şəkildə nəzarətə götürülməlidir. Əhalinin orta borc yükünün artmasının qarşısını almaq üçün ölkədən kreditləri biznes istiqamətinə yönəldilməsi labüddür. Lakin bu uzun müddətli prosedir. Hələlik AMB bu istiqamətdə ciddi addımlar atmır”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et