1 noyabr tarixinə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği 6303.4 mln. manata çatıb.
Mərkəzi Bank verdiyi xəbərə görə, bu da ilin əvvəli ilə müqayisədə 23 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 34,4 % artım deməkdir.
Qeyd edək ki, fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği 1 yanvar tarixinə 5 113.4 mln. manat, 1 fevrala 5 315.4 mln. manat, 1 marta 5 416.8 mln. manat, 1 aprelə 5 536.0 mln. manat, 1 maya 5 768.3 mln. manat, 1iyuna 5 891.5 mln. manat, 1 iyula 5 922.2 mln. manat, 1 avqusta 6 019.3 mln. manat,1 sentyabra 6 090.4 mln. manat, 1 oktyabra 6 237.4 mln. manat təşkil edib.
gun.az