Əhalinin banklardakı əmanətləri 25%-dən çox artıb | Banco.az

Əhalinin banklardakı əmanətləri 25%-dən çox artıb

2014-cü il yanvarın 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 6,4 milyard manata çatıb.

Gün.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmanətlərin 3888,3 milyon manatı və ya 60,8 faizi milli, 2507,5 milyon manatı xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 31,2 və 16,6 faiz artıb.

Bildirək ki, yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olub.

Həmçinin statistikaya əsasən 2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıblar.

Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olub.

Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib.

Ən sərfəli kredit üçün müraciət et