Əhali ötən ay içki və tütünə 440 milyon manatdan çox pul xərcləyib | Banco.az

Əhali ötən ay içki və tütünə 440 milyon manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-fevral aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 440,4 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətdə 2,2% azdır. 

Əlavə edək ki, bu ilin ilk iki ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et