Əhali hansı valyutaya daha çox etibar edir? | Banco.az

Əhali hansı valyutaya daha çox etibar edir?

Banco.az saytı Mərkəzi Banka istinadən bildirir ki, əhalinin bankdakı əmanətləri bir ayda 0,69 faiz artaraq 7653,6 mln manata yüksəlib. Bu əmanətlərdən 2179,9 mln manatı milli valyuta 5473,6 mln manatı isə xarici valyuta ilə yerləşdirilib. 2015-ci ilin yanvar ayı ilə müqayisədə cəmi əmanətlərin həcmində 7,47% (532,3 mln manat) artım qeydə alınıb. Milli valyutada olan əmanətlər 49,02% (2096,40 mln) azaldığı halda, xarici valyutada olan əmanətlərin həcmi 92,39% (2628,60 mln) artıb.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin müvafiq dövründə cəmi əmanətlərin həcmi 6720,6 mln manat olub ki, bu hazırkı göstəricidən 13,88% azdır.

Rezidentlərin yerləşdirdiyi əmanətlərin həcmi 6794,1 mln manat, qeyri - rezidentlərin əmanətləri isə 859,4 min manat olub.

 

Ən sərfəli krediti almaq üçün müraciət et