2018-ci ilin may ayında ödəniş kartlarının həcmi 6 mln 72 min təşkil edir. Ümumiyyətlə yanvar ayından bəri ödəniş kartlarının sayında artım müşahidə edirik, belə ki 2018-ci ilin yanvarında 5 mln 820 min olan ödəniş karları hazırda 252 min artım göstərib.
Əgər bu rəqəmi keçən ilin may ayındakı rəqəmlə müqayisə etsəydik, 9% artım olduğunu görəcəyik. 5 illik tendensiyaya nəzər salsaq, 2013-cü ilin may ayından 2018-ci ilin may ayına kartların həcmində 16% artım mövcuddur.
2018-ci ilin may ayında ölkədə ödəniş kartlarının 87%-i yəni 5 mln 288 mini debet, 13%-i yəni 784 mini kredit kartıdır. Ümumiyyətlə debet kartlarının 47,5% sosial kartlar (2 mln 513 min), 35,5%-i əmək haqqı kartları (1 mln 878 min), 17%-i isə (897 min) digər kartlar təşkil edir.
Debet |
Kredit |
||
sosial |
əmək haqqı |
digər |
|
41% |
31% |
15% |
13% |