Əhali banklardan əmanətlərini geri götürür | Banco.az

Əhali banklardan əmanətlərini geri götürür

Banco.az portalı Mərkəzi Banka istinadən məlumat verir ki, Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 2015-ci il iyunun 1-nə 7 601,1 mln. manat təşkil edib. Bu, mayın 1-nə olan analoji göstəricidən 116,1 mln. manat və ya 1,5% azdır.

Mərkəzi Bankın məlumatına görə may ayı ərzində əhali banklardan külli məbləğdə - 116 milyon manatdan artıq əmanət çıxarıb. Mart ayı ərzində 151, aprel ayı ərzində isə 64 milyon manatdan çox əmanət banklardan geri götürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin əvvəli ilə müqayisədə əhalinin əmanətləri 412,8 mln. manat və ya 5,7%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 958,1 mln. və ya 14,4% çoxdur.

Qeyd edək ki, əhalinin bank əmanətlərinin maksimal həcmi 2015-ci il martın 1-i vəziyyətinə qeydə alınıb və 7 932,7 mln. manat təşkil edib.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et