Əhali avtomobil yanacağına 3 mlrd. manatdan çox xərc çəkib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Əhali avtomobil yanacağına 3 mlrd. manatdan çox xərc çəkib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 3 milyard 120 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6.9% çoxdur.

Əlavə edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5.8%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram