Əhali avqustda dollar alışını 3% artırıb | Banco.az

Əhali avqustda dollar alışını 3% artırıb

Bu ilin avqust ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 154 378,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 72 118,9 min dollar və ya 31,8 % azdır.

İyul ayı ilə müqayisədə isə avqustda ölkə əhalisi dollar alışını 4 701,4 min dollar və ya 3,1% artırıb.

Bundan başqa, bu ilin avqust ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 92 350,1 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 49 032,5 min dollar və ya 34,7% azdır, bu ilin iyul ayı ilə müqayisədə isə 3 584,6 min dollar və ya 3,8% çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et