Müəllif: Gülnar Əhmədli, Banco.az
Yetkin əhali arasında bank əmanətçilərinin çəkisinin 1.4%-dən 2.7%-ə çatdırılması hədəflənir.
Banco.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda qeyd edilib.
Starategiyaya görə, bank xidmətləri ilə təmin edilmiş əhalinin yetkin əhaliyə nisbəti 85%-ə çatdırılacaq. Cari vəziyyət isə 68%-dir.
Bank sistemində səmərəlilik təşəbbüslərinin təşviq edilməsi məqsədilə xərc/gəlir əmsalının 49%-dən (orta göstərici) 40% salınması nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!