Əhali 11 ayda içki və tütünə 2 mlrd. manatdan çox pul xərcləyib | Banco.az

Əhali 11 ayda içki və tütünə 2 mlrd. manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-noyabr aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2 milyard 173 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr aylarına nisbətdə 0,6% çoxdur. 

Əlavə edək ki, bu ilin 11 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,2%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et