Əfsanəvi loqolar haqqında nələr bilirik? | Banco.az

Əfsanəvi loqolar haqqında nələr bilirik?

Əfsanəvi loqolar ətrafında gəzən informasiyaları sizlərə təqdim edirik.

Apple

Dünyahın ən nəhəng elektronika şirkəti olan “Apple”ın loqosu ilə bağlı bir çox şəhər əfsanəsi mövcuddur. Bunlardan biri də loqodakı dişlənən almanın, Enigma şifrələrini həll edən və kompüterin atası hesab edilən riyaziyyatçı Alan Turingə istinad edilərək hazırlanmasıdır. Turing homoseksual olduğundan dolayı tərkibində sianid olan almanı dişləyərək intihar etmişdi.

Şəhər əfsanələrinə görə, A.Turning intihar edən zaman dişlədiyi alma indiki “Apple”ın loqosuna bənzəyirmiş. “Apple”ın ilk loqosunda isə göyqurşağı rəngləri olub. Digər iddialara görə isə Ron Wayne İssak Nyutonun başına düşən almanı təsvir edərək bu loqonu hazırlamışdı. Daha sonra isə simvolun gilas ilə qarışdırılmaması üçün dişlənmiş detalı əlavə edilmişdi. Loqo ilə bağlı başqa bir iddialara görə isə, firmanın mərhum lideri Stiv Cobsun Adəm və Həvvanin cənnətdən qovulmasına səbəb olan almadan ilham alaraq loqonun indiki kimi olmasını istəyib.

MITSUBISHI

Üç qanadlı paxlava şəklində olan emblem Samurayın gerbindən təsirlənərək hazırlanıb. (Samuray Ərdəmi). Firmanı iki Yapon ailə qurub. Onların iddiasına görə, “Mıtsubıshı”nin emblemi məsuliyyətin vacibliyini, kübarlığı və cəmiyyətlər arası tarazlığı ifadə edir.

NTV

Ən sərfəli kredit üçün müraciət et

NTV 1996-cı ildə Cavit Çağlar tərəfindən əsası qoyulub. Türkiyənin ilk xəbər kanalı olan NTV-nin adı Çağların həyat yoldaşı Nergis Çağlardan götürülüb. NTV-nin açılışı isə “Nergis Televiziyası”dır.

Mercedes-Benz

Alman mühəndislərinin şöhrətinə şöhrət qatan avtomobil firması “Mercedes-Benz”in loqosu, ortadakı ulduz vasitəsilə 3 hissəyə ayrılıb. Bu simvol 3 fərqli sahədə, yəni hava, quru, dənizdəki hakimiyyətə və keyfiyyətə işarə edir.

Lacoste

Firmanın adı məşhur tennis ustası və modelyeri olan fransız Rene Lacostedən götürülüb. 1926-ci ildə çempionluğu qazanan vaxt üzərində özünün dizaynı ilə hazırlanmış ağ köynək var idi. Köynək nəmi özündə saxlamağa yarayan yüngül parçadan hazırlanmışdı. 1927-ci ildə Davis Kuboku ərəfəsində timsah dərisi bir çemodan üzərinə oynadığı mərc səbəbindən Amerikan mətbuatı ona “Timsah” ləqəbini qoymuşdular. Dostu Robert Geore tennis oynadığı zaman geyindiyi köynəyə timsah rəsmi də əlavə edir. Timsah loqosu da belə yaranır.

Coca-Cola

“Coca-Cola” formulunu icad edən Dr. Pembertonun şəriki və eyni zamanda mühasibi Frank Robinson, iki C hərfinin mükəmməl estetiklik yaradacağını düşündü. Öz əl yazısı ilə “Coca-Cola”nın bugünə qədər dəyişmədən gələn loqosunu yaratdı. Loqonun mənası is “Dadlı və Təzə” olaraq bildirilir.

Facemark.az