Əfqan Cəlilovu daha yaxından tanıyaq | Banco.az

Əfqan Cəlilovu daha yaxından tanıyaq

Cəlilov Əfqan 29 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi  fakultəsinə daxil olub. 1999-cu ildə  bakalavr dərəcəsini alıb və həmin ildə magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.

2001-2002-ci illərdə Azərbaycan Milli Ordusundan həqiqi hərbi xidmətdə olub.

Cəlilov Əfqan 2002-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının (həmin dövr Milli Bank) Bazar Əməliyyatları departamentində çalışıb. 2005-ci ilin iyulun 1-dən etibarən “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi vəzifəsində çalışıb. 1 oktyabr 2007-ci il tarixində “AGBank” ASC-də İnkişaf departamentinin direktoru vəzifəsinə təyin edilib. 8 aprel 2013-cü il tarixində “AGBank” ASC-də Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsinə təyin edilib. İyun 2013-cü il  ACCA – Diploma in İnternational Financial Reporting (Sertificate number 1815095) 1 avqust  2013-cü il tarixində “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

2016-cı ildən etibarən “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində çalışır.

AG Bankdakı vəziyyətlə bağlı

“Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq olunan normativlər çərçivəsində valyuta mövqeyimizi saxlamağa çalışırıq.

“Bu o deməkdir ki, bankda aktivlər və öhdəliklər üzrə dollarlaşma səviyyəsi bərabərdir. Problemli kreditlərin geri qaytarılması ilə bağlı kifayət qədər işlər görülür. Gecikmələrə məhkəmə və icra strukturlarında işin ləngiməsi də təsir edir. Müştərilər qanunvericilikdəki boşluqlardan istifadə edərək məhkəmələrə üz tutur. Nəticədə gec-tez qaytarılmalı olan borc bir müddət sonra qaytarılır. Lakin məhkəmə prosesləri səbəbindən gecikmələr olur. Ümumilikdə, bank tərəfindən tələb olunan addımlar vaxtında atılır”

Ən sərfəli krediti almaq üçün müraciət et