Effektiv kreditləşmə prinsipləri - Kiçik biznesini böyüt | Banco.az

Effektiv kreditləşmə prinsipləri - Kiçik biznesini böyüt

Biznes maliyyələşməsi üçün kredit götürməyi ən effektiv yolları haqqında danışmaq istərdik. Mütəxəssislər effektiv kreditləşmənin əsas prinsiplərinə sadiq qalmağı tövsiyə edirlər.

Prinsip 1. Kreditdən yalnız, başqa yolunuz olmayanda istifadə edin.

Prinsip 2. Bankla əməkdaşlıq etməkdən qorxmaq lazım deyil.

Bank bir tərəfdən kredit vasitəsini satır, vəsaitləri sənə ötürür, digər tərəfdən isə səni alır. Düşünürəm ki, yeni başlayan biznesmenlər banklar ilə aralarında qurulan münasibəti başqa aspektdə gözdən keçirməlidirlər. Bu sizə özünəməxsus bir müdafiə mexanizmi qurmağa imkan verəcək. Emosiyaları idarə edə və sizə rahatlıq verməyən şübhələrdən qurtula bilərsiniz: “Bəs əgər alınmasa?”. Əgər ilk dəfə alınmazsa, onda səhvlərin üzərində işləyib, yenidən cəhd etmək lazımdır. Həyəcanlanıb, təşvişə düşmək deyil, işləməyə davam etmək gərəkdir. Yadda saxlayın ki, hər iki tərəfi bir-birinə qarşılıqlı maraqlar bağlayır.  

Prinsip 3.  Krediti öncədən planlaşdırmaq lazımdır.

Kreditin alnması prosedurunu başlamamış, tərəfdaşlar ilə zamanlama haqqında hər hansı bir razılıq əldə etmək olmaz. Bir qayda olaraq, baklar kreditin dərhal verilişi və ani zaman kəsiyində müqavilə imzalanmasını vəd edir. Amma məbləğ böyüdükcə onların bu krediti ayırması bir neçə həftə və bir neçə aya qədər uzana bilər. Əgər daha qısa müddətə ümid olsanız, onda sövdəni əldən qaçıra bilər, ya sadəcə əsəblərinizi korlayarsınız.  Bu məqamı nəzərə alın.

Prinsip 4.

Bankın kredit verməkdən imtinasına çıxarılmış məhkəmə hökmü kimi yanaşmayın.

Kredit təhlili dövründə bank sizin biznesi analiz edir. Düzdür, onun çıxardığı qərar bizi heç də həmişə qane etmir. Gəlin baxaq, hansı səbəbdən krediti  sizə verməkdən imtina ediblər, axı imtina səbəbsiz olmur. Sizə elə gəlir ki, bankın kredit mütəxəssisi əslində sizin görmək istədiyniz işin mahiyyətini tam anlamır, biznesin məğzinə vara bilmir. Bu adətən çox da geniş yayılmamış biznes istiqamətlərdə baş verə bilər. Belə olduqda kredit mütəxəssisinə öz fəaliyyətinizin məğzini başa düşülən dildə, izah etməlisiniz, nəyin haradan qaynaqlandığını aydınlaşdırmalısınız.

Ən sərfəli kredit üçün müraciət et

Prinsip 5.

İndividual yanaşmaya nail olmaqdan qorxmayın.

Əksər banklar individual kredit proqramlarını yalnız VİP-müştərilər üçün nəzərdə tutsa da, bu o demək deyil ki, siz özünüz üçün də belə bir statusa nail ola bilməzsiniz. Sadəcə belə halda bankın yüksək idarə heyətinin görüşünə, qəbuluna getmək lazımdır. Bu insanlar dinləməyi və standartdan kənar qərar qəbul etməyi bacarırlar, biznesi şablon proqramlar əsasında qiymətləndirən sıravi əlaltılardan fərqli olaraq. Lakin düşünməyin ki, kredit mütəxəssisi sizə yox deyən ki, bankın rəhbərliyi ilə görüşməyə getməlisiniz. Yaxşıca hazırlaşın, ideal təəssürat yaratmaq üçün əsaslı arqumentlər hazırlayın.

Prinsip 6. .

Kreditin hansı məqsədlə alındığını səlist şəkildə ifadə edin.

Əksər hallarda müəssislər kredit müraciətlərində kreditin təyinatı kimi sadəcə “dövriyyə vəsaitlərinin artırılması”-ni qeyd edir (bunun arxasında  bəzən layihə haqqında lazımı informasiyanı verməmək istəyi bilməmək və ya sadəcə layihənin əsas tərəflərinin qabarda bilməmək, onu fərqləndirə bacarıqsızlığı dayanır). Banklar isə üçün isə sadəcə “dövriyyə vəsaitlərinin artırılması”- kəlməsi bəzən qaranlıq qala və şəffaflığın qorunmamasına dəlalət edə bilər. belə halda imtina ehtimalları artır. ən optimal variant biznes planı təqdim etməkdir.

Mövcud biznesinizi böyükmək üçün indi Bank of Baku-ya müraciət edə bilərsiniz. 

Könül Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et