ƏDV üzrə daxilolmalarda 18 faiz, mənfəət vergisi üzrə isə 30 faiz artım qeydə alınıb | Banco.az

ƏDV üzrə daxilolmalarda 18 faiz, mənfəət vergisi üzrə isə 30 faiz artım qeydə alınıb

"Bu ilin əvvəlindən vergi sahəsində çox mühüm islahatlar həyata keçirilib. Bu islahatların ən vacib məqsədi "kölgə iqtisadiyyatı"na qarşı mübarizə, eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin təsərrüfat subyektlərinin vergi yüklərinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi olub". Bu fikirləri Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov səsləndirib.

E.Hüseynov qeyd edib ki, son dövrlərdə vergi sahəsində həyata keçirilən islahatlar öz müsbət nəticəsini verib: "Artıq 6 ay ərzində olan nəticələr göz qabağındadır. Bu ilin ilk yarısında pərakəndə ticarət dövriyyəsində 35 faizlik, iaşə dövriyyəsində 26 faizlik artım müşahidə olunub. Aktiv əlavə dəyər vergisi ödəyicilərinin sayı 40 faizədək, aktiv obyektlərin sayı isə 14 faiz artıb. Əmək müqavilələrinin sayında böyük artım var. İqtisadiyyat üzrə bu artım 110 minə, o cümlədən qeyri-neft sektoru üzrə 77 minə çatır. Biz bu göstəriciləri təkcə kəmiyyət üzrə deyil, müəyyən tədiyyə göstəriciləri üzrə də görürük. Ölkədə həcminə görə ən böyük tədiyyə növü ƏDV və mənfəət vergisidir. Ölkədə ƏDV üzrə daxilolma 18 faiz, mənfəət vergisi üzrə 30 faiz, aksiz dərəcələri üzrə isə dövriyyə 4,8 dəfə artıb. Bütün bunların nəticəsində vergi daxilolmalarında, xüsusən də qeyri-neft sektorunda vergi daxilolmalarında proqnoza qarşı çox böyük müsbət nəticələr qeydə alınıb. Belə ki, vergi daxilolmaları proqnozu 8,8 faiz üstələyib. Qeyri-neft sektorunda isə bu göstərici 14,3 faizlik artımla proqnozu 12 faiz üstələyib. Bu meyilləri biz təkcə vergi daxilolmalarında deyil, məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə yığımlarda da müşahidə edirik".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et