ƏDV-nin qaytarılması mexanizmi bu məhsullara aid edilməyəcək | Banco.az

ƏDV-nin qaytarılması mexanizmi bu məhsullara aid edilməyəcək

ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, sadəcə neft və qaz məhsulları ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilmirdi.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram