Ədliyyə Nazirliyinin İcra baş idarəsi və ABA arasında görüş keçirilib | Banco.az

Ədliyyə Nazirliyinin İcra baş idarəsi və ABA arasında görüş keçirilib

01 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəhbərliyi ilə  Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti arasında görüş keçirilib.

Görüşdə Nazirliyin İcra baş idarəsinin Rəisi - Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, ABA-nın prezidenti Zakir Nuriyev, ABA-nın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Görüş zamanı icra prosesinin təkmilləşdirilməsi, icrada olan işlərin icrasının sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ABA üzvlərinin təklifləri İcra baş idarəsinin rəhbərliyi ilə müzakirə edilib. Görüşdə İcra baş idarəsi tərəfindən “Elektron icra” informasiya sistemi haqqında təqdimat keçirilib, icra prosesinin rəqəmsal texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi və asanlaşdırılması üzrə görülmüş və qarşıda duran işlər, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın – “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsi barədə məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Görüşün sonunda müzakirə edilmiş məsələlər üzrə davamlı işlərin aparılması və icra sənədlərinin icrasının sürətləndirilməsi istiqamətində birgə fəaliyyətlə bağlı fikir birliyinə gəlinib. 

Ən sərfəli krediti almaq üçün müraciət et