Əcnəbilərin bank kartları ilə əməliyyatlarının həcmi artıb | Banco.az

Əcnəbilərin bank kartları ilə əməliyyatlarının həcmi artıb

2021-ci ilin noyabr ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 151,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 dəfə çoxdur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"da məlumat verilir.

2021-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,73 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci il ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparmışdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et