2019-cu il dekabrın 1-nə qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 511,5 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, əmanətlərin həcmi aylıq müqayisədə 20%, illik ifadədə isə 33% azalıb.
Dekabrın 1-nə əsasən xarici ölkə vətəndaşlarının banklardakı əmanətlərinin 396,1 mln. manatı və ya 77,4%-i xarici valyutada yerləşdirilib. AMB-nin məlumatına görə, əcnəbilərin xarici valyuta ilə yerləşdirilmiş əmanətlərinin həcmində noyabrın 1-i ilə müqayisədə 25%-lik, 2018-ci il dekabrın 1-nə nisbətən isə 40%-lik azalma qeydə alınıb.
APA