Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı banklara xarici vətəndaşlar rəhbərlik edir. Bu banklar əsasən kapitalını xarici vəsait hesabına formalaşdıran və ya xarici bankların törəmə banklarıdır. CEO-ları əcnəbilər olan banklara AccessBank, Azərbaycan Sənaye Bankı, Bank VTB Azərbaycan, Nikoil Bank və Yapı Kredi Bank Azərbaycan, Bank Olmayan Kredit Təşkilatlarına isə FINCA Azerbaijan aiddir.
MICHAEL HOFFMANN
Baş Menecer və İdarə Heyətinin Sədri- AccessBank
Milliyyətcə almandır. O, Çikaqo Universitetinin biznes sahəsində MBA dərəcəsinə, Booth School of Business və Kil Universitetinin iqtisadiyyat üzrə diplomuna malikdir. O, həmçinin Münster Universitetində politologiya və slavyan dilləri üzrə təhsil alıb. AccessBank İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmazdan əvvəl Michael Hoffmann 2005-ci ildən 2012-ci ilədək Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) çalışıb.
Yakovlev Yuriy Dmitriyeviç
İdarə Heyətinin sədri – Bank VTB Azərbaycan
Yuriy Yakovlev Bank VTB (Azərbaycan) ASC-də öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayında başlamışdır. O Bank VTB (Azərbaycan)-da çalışmağa başlamazdan əvvəl Bank VTB ASC-nin Nyu-Dehlidəki (Hindistan) filialına rəhbərlik edib.
Y.D. Yakovlev 1957-ci ildə anadan olub. O, Rusiya Federasiyası XİN-in Diplomatiya Akademiyasının məzunudur. O, həmçinin Moskva Bədən Tərbiyəsi İnstitutunu bitirib. Y. D. Yakovlev beynəlxalq ticarət və maliyyə sahəsi üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
2003-2005-ci illərdə cənab Yakovlev bank sektorunda “Rusiya İnvestisiya Alyansı” bankında xarici ticarət əməliyyatları idarəsinin rəisi vəzifəsində çalışıb.
2006-ci ildə o, VTB Qrupunda Bank VTB ASC-nin Hindistandakı rəhbəri kimi fəaliyyət göstərib.
Xamaza Vasiliy Viktoroviç
İdarə Heyətinin Sədri- Nikoil Bank
Təhsil: Ümumrusiya maliyyə-İqtisadi İnstitutu, Maliyyə və kredit. 2005-ci ildən Banka rəhbərlik edir. 1 yanvar 1958-ci ildə doğulub.
TİMOTİ TARRANT
Baş icraçı menecer (Ölkə Direktoru)- FINCA Azerbaijan
Timoti Tarrant “FINCA Azerbaijan”a 2013-cü ilin dekabr ayında Baş İcraçı Menecer vəzifəsinə təyin edildi. FINCA-ya qoşulmazdan əvvəl o, 12 ilə yaxın FINCA Sibirdə, FINCA Rusiyada və FINCA Gürcüstanda Ölkə Direktoru vəzifələrində çalışıb. O, həmçinin, Amerika Biznes Mərkəzində Direktor və MCI Maliyyə Korporasiyasında Maliyyə Analitiki vəzifələrində iş təcrübəsi qazanıb.
Timoti Tarrant Beynəlxalq Əlaqələr üzrə bakalavr təhsilini Memfis Universitetində, beynəlxalq MBA səviyyəsi üzrə təhsilini isə “Thunderbird School of Global Management” Ali təhsil müəssisəsində alıb. Bununla yanaşı Timoti Filadelfiya ştatında yerləşən “American Bankers Association Stonier Graduate School of Banking” məktəbində 3 illik maliyyə, bank işi, menecment və liderlik üzrə təhsil proqramını keçib.
Cenk Yüksel
İdarə Heyətinin Sədri/Baş Direktor- Yapı Kredi Bank Azərbaycan
Gazi Universiteti- İqtisadiyyat və İdarəetmə
Doğan Tandoğan
İdarə Heyətinin Sədri v.i.e – Azərbaycan Sənaye Bankı
1973-cü ildə Türkiyə Respublikasında anadan olub. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”ndən Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”ndan Biznesin idarə edilməsi bölümündən məzun olub. İş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavinidir. 2015-ci ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsini icra edir.