ECB uçot dərəcəsini dəyişməyib | Banco.az

ECB uçot dərəcəsini dəyişməyib

Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsinin dəyişməyərək baza faizini 0% səviyyəsində saxlayıb. Banco.az"Report"a istinadən verdiyi xəbərə görə, Bankın depozit faizləri -0,4%, qısamüddətli kreditlər üzrə faizlər isə 0,25% həddində təsdiqlənib. Bank həmçinin monetar ekspanisya proqramina dəyişiklik etməyib və aktivlərin aylıq alış həcmini 80 mlrd. avroda saxlayıb. ECB lazım gələrsə cari monetar ekspansiya proqramını 2017-ci ilin mart ayından sonra da davam etdirəcəyini bildirib. Xatırladaq ki, Bakı saatı ilə saat 16:30-da ECB sədri Mario Draginin çıxışı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

 Monetar ekspansiyanın sabit qalması ilə avro kütləsini bazarda artmayacağı kimi qiymətləndirən investorlar valyuta bazarında avroda alışa keçiblər. Bundan başqa, uçot dərəcəsinin azaldılmaması da avroya dəstək verib. Nəticədə, USD/EUR məzənnəsi 1,1280-dən 1,1320-yə qədər yüksəlib. Lakin Avrozona maliyyə sistemində problemlər və zəif iqtisadi artım tempi fonunda avroda kəskin möhkəmlənmə gözlənilmir.

Ən sərfəli krediti almaq üçün müraciət et